14 Aprel, 2014
Nobel institutu Öcalanı məyus etdi

"PKK lideri namizədliyi ilə bağlı yayılan xəbərlərin heç bir əsası yoxdur"

Mərkəzi Norveçdə yerləşən Nobel İnstitutu PKK lideri Abdullah Öcalanla bağlı yayılan xəbərlərə münasibət bildirib. Simsar.az xəbər verir ki, Nobel İnstitutu PKK liderinin Nobel Sülh Mükafatına namizədliyinin qəbul edilməsi ilə bağlı yayılan xəbərləri təkzib edib.

İstitutun yaydığı açıqlamaya görə, Nobel Sülh mükafatına qəbul edilən namizədlər haqqında nə namizədlərin özlərinə, nə də namizədliyi irəli sürən adam və qurumlara heç bir məlumat verilmir. Ona görə də həbsdə olan PKK lideri Abdullah Öcalanın namizədliyi ilə bağlı yayılan xəbərlərin heç bir əsası yoxdur və uydurmadır.

Qeyd edək ki, bir neçə saat əvvəl Türkiyə mətbuatında Nobel Komitəsinin İraqdakı kürd partiyalarından birinin Abdullah Öcalanın Nobel sülh Mükafatına namizədliyi ilə bağlı tələbini qəbul etməsi barədə məlumat yayılmışdı.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!