7 Mart, 2011
Tədris Terapevtik Klinikasının yeni direktorunun adı açıqlandı

Tibb Universitetinin Tədris Terapevtik Klinikasına yeni təyin olunmuş direktorunun adı açıqlanıb 

Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, yeni direktorun adı bu gün nazirlikdə keçirilən kollegiya iclasında elan olunub. Klinikaya yeni direktor təyin olunmuş Musayev Surxay Novruz oğlu 1974-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1989 – 1992 illərdə Moskva Tibb Akademiyasının uşaq xəstəlikləri kafedrasında doktoranturada olub və tibb elmləri doktoru alimlik dərəcəsi üçün dissertasiya müdafiə edib. 1992-ci ildən bu günə kimi ATU-da I uşaq xəstəlikləri kafedrasında professor vəzifəsində çalışır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!