12 Aprel, 2014
Elnur yeni albomunu təqdim etdi

Müğənni Elnur Məmmədovun yeni diski işıq üzü görüb.

Simsar.az-ın məlumatına görə, “Sən elə bir zirvəsən” adlanan diskdə Kamal və Baba Vəziroğlunun birgə yaradıcılıq məhsulu yer alıb. Ümimilikdə, 10 mahnı və bir instrumental (“Gəlsən də, gəlməsən də”, “Ayrılığa dözərəm”, “Bağışlaram səni”, “Bilsən də, bilməsən də”, “Dəniz”, “Səndən başqa”, “Səndən nigaranam”, “Yenə yaz gələcək”, “Sən elə bir zirvəsən”, “Gəlsən də, gəlməsən də - instrumental (Muxtar Abseynov) alboma daxil edilib.

Müğənni hər iki müəllifin mahnılarından ibarət albomu çoxdan düşünüb. “Gilan” studiyasının yüksək tirajla buraxdığı albom ifaçı tərəfindən artıq müəlliflərə təqdim edilib. Baba Vəziroğlu Elnur Məmmədovla daha yeni mahnılar üzərində çalışacaqlarından xəbər verdi.

Müğənni onu da bildirib ki, şair Baba Vəziroğlu ilə əməkdaşlığını davam etdirəcək.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!