7 Mart, 2011
Hökumət hesabata hazırlaşır

Deputatlar baş naziri martın 15 -də dinləyəcək

Azərbaycan hökumətinin 2010-cu ildə fəaliyyətinə dair hesabatı Milli Məclisə daxil olub.

Bu barədə APA-ya Milli Məclisin deputatı Zahid Oruc məlumat verib.

Hesabat millət vəkillərinə paylanıb. Z. Orucun sözlərinə görə, hesabat kitab şəklindədir.

Hesabat Milli Məclisin martın 15-də keçiriləcək iclasında dinləniləcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!