12 Aprel, 2014
Tur heç-heçələrlə başladı – NƏTİCƏLƏR

Bu gün Topaz Premyer Liqasında 30-cu tura start verilib

Simsar.az xəbər verir ki, artıq 3 oyun başa çatıb. Hər üç qarşılaşmada bərabərlik qeydə alınıb.

 

“Qəbələ” – AZAL - 0:0

İlk 3 dövrədəki oyunlar: 2:1, 1:0, 2:1

Hakimlər: Fariz Yusifov, Elşən Acalov, Cavanşir Yusifov, Ramiz Məhərrəmov

Qəbələ şəhər stadionu

 

“Bakı” – “Xəzər Lənkəran” - 2:2

Qollar: Əfran İsmayılov, 48 (pen.); 63 (pen.) - Junior Nildo, 5; Elias Ribeiro, 28

Qırmızı vərəqə: Adrian Skarlatake, 63

İlk 3 dövrədəki oyunlar: 1:2, 3:0, 2:0

Hakimlər: Ramil Diniyev, Munis Abdullayev, Nahid Əliyev, Teymur Fərhadov

Əlavə köməkçi hakimlər: Feyzulla Feyzullayev, Rəhim Həsənov

“Bakı” FK-nın təlim-məşq bazasının stadionu

 

“Sumqayıt” – “Simurq” - 1:1

Qollar: Rəhman Hacıyev, 71 -  Draqan Çeran, 69

İlk 3 dövrədəki oyunlar: 1:3, 0:1, 0:4

Hakimlər: Ömər Paşayev, Yaşar Abbasov, Knyaz Əmiraslanov, Fərid Məmmədov

Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Elvin Əsgərov

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Qeyd edək ki, bu gün daha iki matç baş tutacaq. Paytaxt derbisində “İnter” “Neftçi”ni qəbul edəcək. Lider “Qarabağ” isə “Rəvan”ı sınağa çəkəcək.

Vüsal Məmmədzadə


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!