12 Aprel, 2014
Tutduğu balığa 2 milyon dollar verilir, satmır – FOTOLAR

Yeni Zelandiyada qadın nəhəng balıq tutub. Simsar.az dailymail.co.uk-yə istinadən xəbər verir ki, 411 kq-dan artıq çəkisi olan balığın dəyəri 2 milyon dollar qədər ölçülür. Lakin balığı tutan Donna Paska adlı qadın balığı satmaq niyyətində deyil. O, onu trofey olaraq evinin divarından asmaq istəyir. Paskanın dediyinə görə o balıqla 4 saat mübarizə aparıb. Tuna növünə aid bu balıq həm də Paskanı rekordmen edib.

Mələk Abbaszadə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!