12 Aprel, 2014
Yunanıstan polisi şübhəlini təyin etdi

Aprelin 10-da içində 75 kq partlayıcı maddənin olduğu avtomobil Yunanıstan Bankının yanında partlamışdı. Terror aktının törədilmə xarakteri bunu “İnqilabi mübarizə” terror təşkilatının lideri Nikos Maziotisin etdiyini göstərir. Simsar.az RİA Novosti-yə istinadən xəbər verir ki, həmin təşkilat 4 il bundan əvvəl likvidasiya edilmişdi. Bu qruplaşmanın boynunda Afinadakı ABŞ səfirliyinə atəş açmaqdan tutmuş, mədəniyyət nazirliyinin partladılmasına qədər terror aktları var.

Qeyd edək ki, bankın yanında törədilən partlayışın gücündən binanın şüşələri sınıb. Partlayıcı qurğunun olduğu avtomobil isə kiçik hissələrə ayrılıb. Xoşbəxtlikdən partlayış nəticəsində ölən və yaralanan olmayıb. Yeni partlayışların baş vermə ehtimalı var.

Mələk Abbaszadə


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!