12 Aprel, 2014
Bəy gəlini döyüb, dayısını bıçaqladı

Tovuz rayonunda toyda olan narazılıq bıçaqlanma ilə nəticələnib

Tovuz rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə rayonun Aşağı Quşçu kəndində 22 yaşlı Ayşənlə, 20 yaşlı Fəridin toy mərasimində baş verib. Şirvan şəhər sakini olan bəy Fərid Eyvazov toy mərasimində gəlinin öz qohumları ilə şəkil çəkdirdiyinə etiraz edərək onu döyüb. Buna etiraz edən gəlinin dayısı 51 yaşlı İdris Quliyevlə Fərid Eyvazov arasında mübahisə yaranıb və bəy gəlinin dayısını bıçaqlayıb. Ağır vəziyyətdə Tovuz rayon Mərkəzi Xəstəxanasına oradan isə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılan İdris Quliyevin vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!