12 Aprel, 2014
Maqnit qasırğası olacaq

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası yaxın 3 gün ərzində (12,13,14 aprel tarixlərində) müşahidə olunacaq kosmik hava proqnozunu (Günəş aktivliyi və geomaqnit qasırğa) açıqlayıb. Simsar.az AMEA Şamaxı Astrofizika Rəsədxanasının saytına istinadən verdiyi xəbərə görə rəsədxananın direktor müavini Elçin Babayev bildirib ki, hazırda Günəşin diskində 6 böyük regionun aktivliyi və 78 müxtəlif ölçülərdə ləkələr müşahidə olunur. Proqnozlaşdırılan günlərdə Günəş aktivliyinin orta səviyyədə olacağı gözlənilir. Ümumi (planetar) geomaqnit vəziyyət aprelin 12-də və 13-də həyəcanlı, aprelin 14-də isə orta-həyəcanlı olacaq. Geomaqnit həyəcanlanması və meteoroloji şəraitin tez-tez, kəskin dəyişməsi risk qrupuna daxil olan xroniki xəstəliklər, yaşlılar, uşaqlar və meteohəssas insanların səhhətində aprelin 12-də və 13-də gün ərzində, aprelin 14-də isə qismən narahatlıq-diskomfort hissi yaradacaq. Meteohəssas olmayan sağlam insanların isə heç bir narahatlığına səbəb yoxdur.

Simsar.az


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!