12 Aprel, 2014
Samiraldo: “Bu işə başımızı soxmasaq yaxşıdı”

Stilist Samiraldo Ukrayna-Rusiya münaqişəsindən danışıb. Şou-biznesin qalmaqallı siması dünyda baş verən hadisələri, siyasi məqamları analiz edib: “Hazırda insanların diqqəti Ukrayna-Rusiya münaqişəsinə yönəlib. Məncə, Krım əvvəllər Rusiyanın olub, Ukraynaya onu hədiyyə kimi veriblər. Ukrayna Rusiyaya arxa çevirdi, o da ondan aldı”. Samir əlavə edib ki, Azərbaycan qətiyyən bu münaqişəyə fikir verməməlidir: “Mənə elə gəlir ki, biz bu işə başımızı soxmasaq yaxşı olar, biz Amerikanın tərəfində olsaq, ruslar bizi yeyəcək. Rusların tərəfində olsaq, Amerika yeyəcək…” Stilist sonda həmvətənlilərinə tövsiyə edib: “Ən yaxşısı yaşayırıq da… Heç kimin fikrini eləmək lazım deyil…”


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!