12 Aprel, 2014
Bu yollar bağlanacaq

Bakının bir neçə küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bu barədə Simsar.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

“Azəryolservis” ASC-dən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə verilən məlumatda yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 22:00-dan gecə 02:00-a qədər Yusif Səfərov küçəsinin Babək prospekti ilə kəsişməsindən Üzeyir Hacıbəyov küçəsi ilə kəsişməsinə qədər, 02:00-dan 06:00-a qədər isə Afiyəddin Cəlilov küçəsi ilə kəsişməsindən Babək prospekti ilə kəsişməsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkətinin tam məhdudlaşdırılacağı bildirilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!