12 Aprel, 2014
İdmançılarımızla bağlı növbəti - Dopinq qalmaqalı

Azərbaycanın daha 9 ağırlıqqaldıranı cəzalandırılıb


Simsar.az “Lent.az”a sitinadən xəbər verir ki, bu barədə Beynəlxalq Ağırlıqqaldırma Federasiyası qərar çıxarıb.

Bunlar Elxan Əliquluzadə, Yuliya Derkaç, Yuri Dudoqlo, Firudin Quliyev, Kristina Yovu, Aluda Manaqadze, Nailxan Nəbiyev, Nicat Rəhimov və Tatyana Varlamovadır. Dopinq-test nəticəsində Əlizuluzadə, Derkaç, Dudoqlodan dehidrometiltestosteron, Yovudan oksandrolon, Quliyev, Nəbiyev və Rəhimovdan oksandrolon və dehidrometiltestosteron, Varlamovadan dehidrometiltestosteron və stanozolol, Manaqadzedən oksandrolon, dehidrometiltestosteron və stanozolol aşkarlanıb. Onların hamısı 2 il müddətinə diskvalifikasiyaya məruz qalıb. Bununla da cəzalı ağırlıqqaldıranlarımızın sayı 18-ə çatıb.

Qeyd edək ki, daha öncə 9 ağırlıqqaldıranımız - Silviya Angelova, Sərdar Həsənov, Valentin Xristov, Kamran İsmayılov, Alyona Kiriyenko, Marziyə Məhərrəmova, Kseniya Vişnitskaya, İntiqam Zairova və Zülfiqar Süleymanov cəzalandırılıb. Süleymanov ikinci dəfə dopinq-testdən keçə bilmədiyi üçün ömürlük, qalanları isə 2 il müddətinə diskvalifikasiya edilib.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!