12 Aprel, 2014
“Kayrat”ın Bakıya gələcəyi tarix bilindi

Futzal üzrə UEFA Kubokunun “Dördlər finalı”nda iştirak edəcək “Kayrat” klubunun təqvimi müəyyən edilib

Simsar.az xəbər verir ki, Qazaxıstan təmsilçisi Bakıya aprelin 23-də gələcək. Klub “Hilton” otelində məskunlaşacaq.

“Kayrat” rəhbərliyi, həmçinin, bütün azarkeşlərə biletlər təqdim edəcək.

Qeyd edək ki, qazaxlar “Dördlər finalı”nın yarımfinalında Moskva “Dinamo”su ilə üz-üzə gələcəklər.

Vüsal Məmmədzadə

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!