12 Aprel, 2014
Müğənni Ayan: "Ürəyim istəyən kimi..." - ÖZƏL - FOTO

Simsar.Az xəbər verir ki, aprelin 12-də tanınmış estrada ulduzu Ayan Babakişiyeva ad gününü qeyd edir.

Gecə ilə əməkdaşımızın təbrik zəngini qəbul edən müğənni,  özəl bayramına məxsusi  tədarük gördüyünü dilə gətirdi: "Ürəyim istəyən kimi bu günu yaşayacağam.

Doğmalarımın, dostlarımın əhatəsində düz 25 yaşımı qeyd qeyd edəcəyik.

Mən çox xoşbəxtəm!  Sevincimdən hər kəsə pay verirəm. Necə deyərlər,  böyük qız olum.

Həyat yaşadıqca gözəldir!!!".

Məlumat üçün bildirərək ki, Ayan dünyaya əkiz qardaşı Samirlə birlikdə göz açıb. Ona görə də bacı-qardaş ən xoş günlərini eyni məkanda keçirəcəklər.

Şahin Cavadsoy

Simsar.Az

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!