11 Aprel, 2014
Polad Ələmdarı ikiüzlü saydılar

Son illər Azərbaycan da daxil olmaqla bütün müsəlman dünyasında xeyli populyarlıq qazanan "Kurtlar Vadisi Pusu" serialı Türkiyədə tənqid hədəfinə çevrilib.

Simsar.az-ın məlumatına görə, Fətullah Gülən camaatına yaxınlığı ilə seçilən media orqanları seriala qarşı ittiham irəli sürüb.

"AKP - Camaat qarşıdurmasında Ərdoğanın tərəfində yer alan "Kurtlar Vadisi Pusu"nun son seriyallarında paralel dövlət mövzusuna aid səhnələr yer alır. Ssenarini gündəmə görə quran ssenaristlər bu istiqamətdə çox uğurludurlar. Aktual mövzuları isləyərkən maraqlı işlərə də əl atır", - deyə Haluk Temel adlı yazar məqaləsində bildirir.

Müəllifin sözlərinə görə, filmdə şüuraltı mesajların səhnələşdirilməsi çox ironikdir: "Bununla ssenaristlər şüuraltı mesajları reklam edirlər. Serial efirə gedən zaman verilən reklamlar da filmdə "məhsul yerləşdirilməsi" həyata keçirildiyi bildirilir. Əcaba ssenaristlər və Polad Ələmdar "məhsul yerləşdirilməsi"nin şüuraltı mesaj olduğunu bilmirlərmi? Yoxsa başqa maraqları var?".

Filmin son 2 seriyasında xristianların azan səsinə şüuraltı mesajlar yazdırdığı iddia olunur.

Qeyd edək ki, şüuraltı mesajları tamaşaçı efirdən qətiyyən hiss etmir. Lakin onun beyninə bu reklam dərhal təsirini göstərir. Və tamaşıçıda reklam olunan məhsula alışqanlıq yaranır. Bu texnologiyadan hərbi məqsədlər üçün də istifadə edilir. "25-ci kadr effekti" deyilən bu texnologiya Qərb dünyasında reklam bazarında uğurla tətbiq olunduğu iddia edilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!