11 Aprel, 2014
İlham Mirzəyevin klinikası bağlandı

İlham Mirzəyevin həbsindən sonra sahibi olduğu "İlhaMed" klinikası bağlanıb.

Onun həyat yoldaşı, uşaqları və anası Bakını tərk edib.

Əldə edilən məlumata görə, hazırda onun ailəsi Şirvan şəhərindədir.

Qeyd edək ki, İlham Mirzəyevin həyat yoldaşı Ramilə Mirzəyeva sözügedən klinikaya rəhbərlik edirmiş.

Xatırladaq ki, "Spase"in aparıcısı, astroloq İlham Mirzəyevin həbs edilməsinin səbəbləri medianın gündəmindədir. Bəzi məlumatlara görə, o, rəhbərlik etdiyi "İlhaMed" klinikasında yol verilən nöqsanlarla bağlı Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!