11 Aprel, 2014
Bakıda daha bir yol təmirə bağlandı

Simsar.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir ki, Abbas Mirzə Şərifzadə küçəsinin Mətbuat prospekti ilə kəsişməsindən “Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasının binasına qədər olan hissəsində (hər iki istiqamət) asfalt örtüyünün yenilənməsilə əlaqədar yolda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Sürücülərdən alternativ olaraq Mətbuat prospektindən istifadə etmələri tövsiyə olunur.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!