11 Aprel, 2014
İran-Türkiyə sərhədində 3 terrorçu saxlandı

Separatçılardan5 "Kalaşnikov" markalı avtomat və xeyli sayda silah-sursat götürülüb.

İran sərhədindən Türkiyəyə keçmək istəyən 3 terrorçu saxlanılıb. Simsar.az xəbər verir ki, Türkiyə sərhədini qeyri-qanuni keçmək istəyən separatçı təşkilat üzvlərindən 5 ədəd "Kalaşnikov" markalı avtomat və xeyli sayda silah-sursat götürülüb.

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahından verilən açıqlamada bildirilir ki, İqdır istiqamətində ordu qüvvələrinin həyata keçirdiyi əməliyyat zamanı yaxalanan şəxslər separatçı təşkilat üzvü olduğunu etiraf ediblər.

Tutulan separatçılarla Doğubayazıt prokurorluğunu təlimatı ilə məhkəmə təhqiqatı başlayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!