11 Aprel, 2014
İlham Əliyev Dövlət Feldyeger Xidməti əməkdaşlarını təltif etdi – SİYAHI

Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Simsar.az xəbər verir ki, feldyeger rabitəsi orqanlarında qulluqda fərqləndiklərinə və səmərəli fəaliyyət göstərdiklərinə görə xidmətin aşağıdakı əməkdaşları təltif ediliblər:

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə:

Bağırov Ramiz Sabir oğlu
Hüseynli Fuad Məhəmməd oğlu
Mahmudov Vaqif Yunis oğlu

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə:

Hacıyev Lətif Balaşirin oğlu
Nəbiyev Vahid Cavad oğlu
Nəzirov Vaqif Cəlal oğlu
Nuri Ağa-Əli Tofiq oğlu
Quliyev Yaşar Cəmiyyət oğlu
Ramazanov Nurəddin Alov oğlu
Sultanov Samir Həsənağa oğlu
Teymurov Əkrəm Qələmşah oğlu

Dövlət başçısının digər sərəncamları ilə Dövlət Feldyeger Xidmətinin rəisi Ədalət Paşayevə feldyeger xidməti general-leytenantı, onun müavini Elmar Novruzova isə feldyeger xidməti general-mayoru ali xüsusi rütbə verilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!