11 Aprel, 2014
Autsayderdən 20-ci məğlubiyyət

Futbol üzrə Azərbaycan I Divizionunda 25-ci tura start verilib

Simsar.az xəbər verir ki, turun açılış oyunu Mingəçevirdə baş tutub. Burada yerli “Energetik” “Ağsu”nu qəbul edib. Matç qonaqların qələbəsi ilə yekunlaşıb.

“Energetik” – “Ağsu” 0:2
QOLLAR: Nicat Tağıyev 78, Elnur Səmədov 87.

Qeyd edək ki, mövsümdə 20-ci dəfə meydanı məyus tərk edən “Energetik” turnir cədvəlində sonuncu pillədədir. “Ağsu” isə bu qələbədən sonra 4-cü yerə yüksəlib. Turnir cədvəlinin lideri 61 xalla Naxçıvanın “Araz” klubudur.

Vüsal Məmmədzadə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!