11 Aprel, 2014
“Sony”dən xəbərdarlıq

“Sony” şirkəti yeni VAİO Fit 11 A noutbuklarının təhlükəsi haqqında xəbər yayıb. Simsar.az xarici KİV-ə istinadən xəbər verir ki, problem noutbukların batareyasının isinib və yanmasındadır. Noutbukların istifadəçilərinə istifadə etməmək məsləhət görülüb. Noutbukların satışına cari ilin fevralında başlanıb və hazırda 26 mindən artıq vasitə ABŞ, Avropa, Çin və Yaponiyada satılıb. İstifadəçilərə məsləhət görülür ki, noutbuklarının seriya nömrəsini rəsmi saytlarında yerləşdirilmiş siyahı ilə yoxlasınlar. s


Mələk Abbaszadə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!