11 Aprel, 2014
“Bakı” “Xəzər Lənkəran”la oyuna hazırdır

Sabah “Bakı” Azərbaycan Topaz premyer-liqasının 30-cu turu çərçivəsində evdə “Xəzər Lənkəran”ı qəbul edəcək

Simsar.az xəbər verir ki, bu gün isə komanda oyun     öncəsi son məşqini keçirib.

Saat 11:00-da başlayan hazırlığa ənənəvi olaraq yüngül qaçış və isinmə hərəkətləri ilə start verilib. Ardınca mərkəz dairəyə cəmlənən futbolçular əyləncəli təkqaldı oynayıblar. Növbəti tapşırıqda 3 qrupa bölünən baş məşqçi Milinko Pantiçin yetirmələri “kvadrat” oynamağa da imkan tapıblar. “Zolaqlılar” dartınma hərəkətləriylə məşqi başa vurub.

Qeyd edək ki, zədəli olan Alberto Noqeyra və Namiq Ələsgərov hazırlıqda iştirak etməyib. Bərpa dövrü keçən Rauf Əliyev, Elvin Məmmədov və Georgios Pelagias fizioterapevt Radişa Milosavlieviçin rəhbərliyi altında fərdi proqram əsasında çalışıb.

Simsar.az

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!