7 Mart, 2011
Həbslər hüquqşünasları bir araya gətirdi

"Qərara aldıq ki, belə bir qrup yaradıb hadisələrə dərhal reaksiya verək"

Bir qrup hüquqşünas Operativ Reaksiya Qrupu yaradıb.

Bu barədə AzadlıqRadiosuna məlumat verən hüquqşünas İntiqam Əliyev deyir ki, ictimai fəallığın artması fonunda rezonans doğuracaq həbslərin çoxalması gözlənir:

«Biz də qərara aldıq ki, belə bir qrup yaradıb hadisələrə dərhal reaksiya verək. Onlarla görüşək, zəruri müdafiə tədbirlərinin həyata keçirilməsinə yardımçı olaq».

İntiqam Əliyev deyir ki, onlar jurnalistlərin, insan hüquq müdafiəçilərinin də qrupa daxil olması üçün danışıqlar aparırlar:

«Məsələn, işgəncə faktı səslənəndə, elə hüquq müdafiəçisi var ki, bunu araşdırmaq üçün onun imkanı daha çoxdur».

Son günlər AXCP fəalları Cabbar Savalan, Dəyanət Babayev və gənc fəal Bəxtiyar Hacıyev müxtəlif ittihamlarla həbs olunublar.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!