Cari ilin ilk rübü ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən 144 nəfər əlilliyi olan şəxs əlil arabaları ilə təmin olunub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Simsar.az-a verilən məlumata görə, bu müddətdə Mərkəz və onun Gəncə şəhərindəki filialı, eləcə də Naxçıvan istehsalat sahəsi tərəfindən müxtəlif növlərdə ümumilikdə 4881 ədəd protez-ortopedik məmulat hazırlanaraq qeyd olunan şəxslərin istifadəsinə verilib, müraciətlər əsasında 204 ədəd protez-ortopedik məmulat təmir edilib.
Həmçinin cari ilin yanvar-mart aylarında Bakı Protez-Ortopedik Bərpa Mərkəzi və onun Gəncə filialının mürəkkəb protezləşdirmə stasionarlarında 176 nəfər əlilliyi olan şəxsə müvafiq xidmətlər göstərilib.