7 Mart, 2011
Penitensiar xidmətdən "ölüm" açıqlaması

Məhbusun ölümünə xəstəlik səbəb olub

Azərbaycan Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində cəza çəkən Elman İsmayıl oğlu Əliyevin ölümünə xəstəlik səbəb olub. 

Bu barədə APA-ya Ədliyyə Nazirliyi Penitensiar Xidmətdən məlumat verilib.

Qeyd edək ki, hadisə ötən gün qeydə alınıb. Nizami rayon Prokurorluğundan APA-ya verilən xəbərə görə, Cinayət Məcəlləsinin 234.3-cü maddəsi (narkotik vasitələrinin qanunsuz hazırlanması, emalı, daşınması və satışı) ilə təqsirləndirilərək azadlıqdan məhrum edilən Astara rayon sakini, 1963-cü il təvəllüdlü Elman İsmayıl oğlu Əliyev Müalicə Müəssisəsinin cərrahiyyə şöbəsində dünyasını dəyişib. Məlumata görə, E. Əliyev fevralın 28-də cəzaçəkmə müəssisəsindən müalicə müəssisəsinə köçürülübmüş.

Faktla bağlı araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!