11 Aprel, 2014
İsraildə 3 min yaşı olan qəbir aşkarlandı

Tədqiqatçılar İsrailin şimalında 3300 yaşı olan qəbr aşkarlayıblar. Simsar.az The Guardian-a istinadən xəbər verir ki, qəbrdən başqa tunсdan və gildən hazırlanmış artefaktlar aşkarlanıb. Tapıntılar qaz kəmərinin çəkilişi ərəfəsində aparılan qazıntı işləri zamanı aşkarlanıb. Qəbrin qapağı insan bədəni şəklində hazırlanıb. İçində isə kişi cəsədinin qalıqları olub. Qalıqların yanında aşkarlanan, firon I Setinin adı yazılmış qızıl üzük isə onu göstərir ki, qəbrdəki şəxs Misirdə yüksək rütbəli məmur olub. I Setinin fironluq etdiyi dövr isə e.ə XIII əsrə təsadüf edir. Bu məlumatlarla alimlər qəbrin yaşını təyin edə biliblər.

Mələk Abbaszadə


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!