7 Mart, 2011
Məhkum Müalicə Müəssisəsində ölüb

Azərbaycan Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində ölüm hadisəsi baş verib

Bu barədə APA-ya Nizami Rayon Prokurorluğundan bildirilib. Hadisə ötən gün qeydə alınıb. Cinayət Məcəlləsinin 234.3-cü maddəsi (narkotik vasitələrinin qanunsuz hazırlanması, emalı, daşınması və satışı) ilə təqsirləndirilərək azadlıqdan məhrum edilən Astara rayon sakini, 1963-cü il təvəllüdlü Elman İsmayıl oğlu Əliyev Müalicə Müəssisəsinin cərrahiyyə şöbəsində dünyasını dəyişib. Məlumata görə, E. Əliyev fevralın 28-də cəzaçəkmə müəssisəsindən müalicə müəssisəsinə köçürülübmüş. 


Faktla bağlı araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!