10 Aprel, 2014
Məhkəmə Abdulla Abdullayevi həbsdə saxladı

Aprelin 10-da Bakı Apellyasiya Məhkəməsində iş adamı Abdulla Abdullayevin şikayəti üzrə proses keçirilib. Binəqədi Rayon Məhkəməsi aprelin 4-də onun haqqında həbs qətimkan tədbiri seçib. İş adamı həmin qərarın ləğvini istəyib.

Vəkil Əkbər Bağırov deyib ki, prosesdə Abdulla Abdullayev də iştirak edib: “O, həbs qərarından narazıdır, ittihamları qanunsuz hesab edir. Bu barədə məsləhətləşmələr aparıb Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etməyi düşünürük. Əslinə qalanda bu, mülki xarakterli işdir, kredit götürülüb və məsələ mülki qaydada həll edilməlidir. Abdulla Abdullayev heç bir dövlət əmlakını mənimsəməyib və belə bir fikri də olmayıb. Onun işində cinayət tərkibi görmürük. Bütün bunlara baxmayaraq apellyasiya instansiyası Binəqədi Rayon Məhkəməsinin çıxardığı qərarı qüvvədə saxlayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!