10 Aprel, 2014
Azərbaycan Dubayda təmsil olundu

Simsar.az xəbər verir ki, aprelin 8-10-u tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində 4-cü İllik İnvestisiya Toplantısı keçirilib.

2011-ci ildən etibarən hər il keçirilən tədbir çərçivəsində konfrans, dövlət rəsmiləri, eləcə də iş adamları arasında ikitərəfli görüşlər və sərgi təşkil olunub.

4-cü İllik İnvestisiya Toplantısı çərçivəsində təşkil olunmuş sərgidə digər ölkələrlə yanaşı, Azərbaycana dair də stend qurulub. İqtisadiyyat və Sənaye Nazirliyinin təşkil etdiyi stenddə Azərbaycan iqtisadiyyatı, ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti, həmçinin Sumqayıt Kimya Sənaye Parkı və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) barədə məlumatlar yerləşdirilib. Sərgi iştirakçılarına Azərbaycan iqtisadiyyatı barədə məlumat verilmiş, təşviqat materialları paylanılmışdır. Azərbaycan stendi ziyarətçilər tərəfindən maraqla qarşılanıb.

Simsar.az

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!