10 Aprel, 2014
Cəmil Həsənli: “Rusiya üçün bu qərar əhəmiyyətsizdir”

“Rusiyanın AŞPA-da səs hüququndan məhrum edilməsi Rusiyaya heç təsir də etməyəcək”. Bunu Milli Şuranın sədri Cəmil Həsənli Rusiyanın AŞPA-da səs hüququndan məhrum edilməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

Cəmil Həsənli qeyd edib ki, bu, müəyyən müddətlik sanksiyadır. “Bu sanksiya ilin sonuna kimi tətbiq olunacaq. Əlbbəttə ki, bu Avropa ölkələrindən hər hansı birinə tətbiq ediləsəydi orada faciə kimi qəbul edilə bilərdi. Amma Rusiyada çətin ki buna əhəmiyyət verən olsun”.

Azərbaycanın mövqeyinə də toxunan Həsənli bunları deyib: “Azərbaycan ərazisi işğal olunmuş dövlətdir. Xarici təcavüzə məruz qalmış bir dövlət hansı yolu tutmalı idisə Azərbaycan da həmin yolu tutdu və Ukraynanın müstəqilliyini tanıdı. Təcavüzə haqq qazandırmaq olmaz”.

Qeyd edək ki, bu gün  Rusiya 2014-cü ilin sonuna qədər AŞPA-da  səsvermə hüququndan məhrum edən qətnamə qəbul edildi. Səsvermə prosesində Azərbaycanın nümayəndə heyətinin 11 üzvündən 6-sı iştirak edib.

Aynur Bayramova


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!