10 Aprel, 2014
Mühəndislərə fəxri ad verildi – Sərəncam

Prezident İlham Əliyev İnşaat işçilərinə “Əməkdar Mühəndis” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb. Simsar.az xəbər verir ki, sərəncamda qeyd olunur:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında tikinti kompleksinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar Mühəndis” fəxri adı verilsin:

Əliyev Faiq Ənvər oğlu

Əliyev Natiq Balabəy oğlu

Hacıyev Knyaz Mehdi oğlu

Hüseynova Mina Ələsgər qızı

Xəlilov Mirzəcan Mirzəmməd oğlu

Məmmədov Məmməd Əli oğlu.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Simsar.az

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!