7 Mart, 2011
BƏXTİYAR HACIYEVDƏN “İNTİHAR EDƏCƏM” XƏBƏRİ

Gənc fəal ağır durumda

Martın 4-də Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin qərarı ilə barəsində 1 aylıq həbsqətimkan tədbiri seçilmiş gənc fəal Bəxtiyar Hacıyev həbsxanada müddətsiz quru aclığa başlayıb. O, təkcə yeməkdən deyil, sudan da imtina edib. Bu barədə “Azadlıq” radiosu xəbər yayıb.
Yoldaşları vasitəsilə yaydığı məktubda B. Hacıyev qeyd edir ki, saxlandığı andan hüquqları pozulur, dəfələrlə döyülüb, təhqir edilib: “Mən dünəndən (srağagündən-red.) ölüm aclığına başlamışam. Əsəblərim gərgindir və hər an provokasiyalara radikal cavablar verib kiminləsə əlbəyaxa ola bilərəm, ya da intihar edə bilərəm”.

Simsar.az

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!