10 Aprel, 2014
İranla altılıq ölkələrinin yeni görüşü mayda olacaq

Avropa İttifaqının xarici siyasət şöbəsinin rəhbəri Ketrin Eşton İran və dünya dövlətləri arasında danışıqların növbəti raundunun mayda keçiriləcəyini bildirib. Simsar.az  xəbər verir ki, Vyanada iki gün sürən danışıqlardan sonra danışan Ketrin Eşton müzakirələrin mayın 13-də başlayacağını deyib. Diplomatlar bu il artıq danışıqların üç raundunu keçirib.

İranın Ali dini rəhbəri Ayətullah Əli Xameneyi dünya dövlətləri ilə nüvə danışıqlarına dəstəyini təkrar ifadə edib. Lakin o, eyni zamanda Tehranın atom proqramına malik olmaq hüququ olduğunu təkidlə bildirib.

Müvəqqəti razılaşmada İranın Qərb tərəfindən tətbiq edilmiş sanksiyaların yüngülləşdirilməsi müqabilində narahatlıqlara səbəb olan nüvə fəaliyyətlərini dayandırması nəzərdə tutulur.

Aynur Bayramova


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!