10 Aprel, 2014
Messidən gözlənilməz nəticə - 6.8 km

“Barselona”nın ulduzu “Atletiko” ilə matçda, sanki yeriyib

Simsar.az xəbər verir ki, UEFA Çempionlar Liqasında oynanılan “Atletiko” – “Barselona” oyununun statistikası futbol fanatlarını təəccübləndirib. Oyun ərzində futbolçuların qət etdikləri məsafələr açıqlanıb. Statistikaya görə, 90 dəqiqə meydanda olan argentinalı ulduz Lionel Messi cəmi 6.8 km məsafə qət edib. O, bu nəticə ilə “Barça”nın qolkiperi Pintonu cəmi 1.5 km qabaqlayıb. Müqayisə üçün qeyd edək ki, qarşılaşmanın qəhrəmanı Koke 12.2 km məsafə qət etməyə nail olub.

90 dəqiqə ərzində “Atletiko” futbolçuları cəmi 110.3, “Barselona” oyunçuları isə 107.7 km qaçıblar.

Vüsal Məmmədzadə


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!