10 Aprel, 2014
“Luç” yubileyini qeyd edib

Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda “Luç” Azərbaycan Mədəniyyət Xadimləri Assosiasiyasının yaranmasının 10 illiyinə həsr olunmuş tədbir keçirilib.

Simsar.az xəbər verir ki, “Luç” Assosiasiyası 10 il ərzində dünya ədəbiyyatı və kinosu korifeylərinin bu və ya digər yubiley tarixlərinə həsr olunmuş müxtəlif tədbirlər keçirmiş, 20-dən yuxarı nəsr, poeziya və publisistika antologiyası nəşr etdirib. Antologiyalardan biri rus, ikisi gürcü müəllifləri ilə birlikdə hazırlanıb.

Xatırladaq ki, Assosiasiyanın xarici ölkələrdə 50 üzvü, elə bir o qədər də Azərbaycanda üzvü vardır.

Bundan əlavə, “Luç” 2010-cu ildən ən yaxşı hekayəyə görə beynəlxalq müsabiqələr təşkil edir.

Tədbirdə “Ən yaxşı hekayə” beynəlxalq müsabiqəsinin yekunlarına əsasən çapdan buraxılmış hekayələr toplusunun təqdimatı olunub.

Günel

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!