10 Aprel, 2014
Səfirlik: Ukraynanın razılığı ilə...

Ukraynanın Azərbaycandakı səfirliyi Krım və Sevastopol barədə bəyanat yayıb.  Səfirlikdən Simsar.az-a verilən məlumata görə, bəyantada qeyd olunur ki, əcnəbilərin və digər şəxslərin Krım Muxtar Respublikasına və Sevastopol ərazisinə Ukraynanın  Pasport idarəsindən və viza olamadan   daxil ola bilməzlər.

 

Bu  hüquq və beynəlxalq müqavilələrə uyğundur. Hər bir kəsə bu yolla Ukraynanın ərazisinə daxil olmaq imkanı verilib.

Ukrayna qanunveriliciliyinə uyğun olaraq əgər kimsə Ukraynanın razılığı olmadan Krım Muxtar Respublikasına  və Sevastopola daxil olarsa o şəxslərlə bağlı akt tərtib olunacaq.

 

Həmin şəxslər işğala dəstək verənlər kimi də qələmə alınacaq. Onlara qarşı sanksiyalar həyata keçiriləcək.  Sevastapol və Krım Ukraynanın ərazisidir və tərkib hissəsidir.

 

Qeyd edək ki, Krımdan sonra Sevastopol,Donetsk, Xarkov müstəqilliyini elan edib.

 

Aynur Bayramova

 

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!