7 Mart, 2011
“Gənclər Klubu” Amerika günlərinə start verir

İctimai Birlik dünyanı azərbaycanlılara tanıdır 

Aprel-may aylarında “Gənclər Klubu” Ictimai Birliyi Amerika səfirliyi ilə birgə “Amerika günləri” adlı layihəyə start veəcək. 

Layihə aprelin 4 həftəsini və mayın ilk həftəsini əhatə edəcək. “Amerika Günləri” boyunca iştirakçılar Amerikanin mətbəxi, musiqisi, rəqsləri, təhsili, idmanı, bir sözlə əsl Amerika həyatə ilə yaxından taniş olmaq şansı əldə edəcəklər. Tədbirin son həftəsi ABŞ-ın ölkəmizdəki səfiri və digər yüksək çinli rəsmilərin iştirakı və konsert proqramı ilə yekunlaşacaq.

Günlər haqqında ətraflı məlumatı qısa zamanda aktivləşəcək “Facebook”-dakı “American Days” in Azerbaijan” səhifəsindən və bu işin təşkilində birbaşa iştirak edən işçi qrupunun rəhbəri və Beynəlxalq Əlaqələr Departamentinin direktoru Aytac Imanovadan (aytajimanova@yahoo.com) əldə edə bilərsiniz.

Layihə ilk defe 2010-cu ilin, mart-aprel aylarında “Gənclər Klubu” IB-nin Beynəlxalq Əlaqələr Deportamentinin təşebbüsü və Amerika səfirliyinin dəstəyi ilə keçirilib.

“Gənclər Klubu” IB 2007-ci ildən Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatıdır. Əlavə məlumatə təşkilatın saytından əldə edə bilərsiniz. www.youth-club.org.

“Gənclər Klubu” IB-nin bütün tədbirlərinə Simsar.az saytı informasiya dəstəyi verir.

Simsar.az

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!