10 Aprel, 2014
Faiq Ağayev: “Çox ağır gündür...”

Xalq artisti Faiq Ağayev sənət dostları Mənsum İbrahimov və Xuraman Şuşalının ağır itkilərindən kədərlənib. Simsar.az xəbər verir ki, müğənni öz facebook səhifəsində bu günü çox ağır gün hesab edib. “Get-gəl dünyasıdır, anlayıram. Ölüm - haqqdır, bilirəm.
Amma bu həqiqətlər itki acısını azaltmır...
Dəyərli dostum, böyük sənətkar Mənsum İbrahimovun anası əbədiyyətə qovuşub.
Xuraman Şuşalının da evi hüzn içindədir, ana həsrəti yaşanır o ocaqda.
İllərcə mənə yaxın olan digər bir ailədə isə ata üçün göz yaşları axır.
Allah sebr versin! Ruhları behiştlik!
Çox ağır gündür...”

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!