10 Aprel, 2014
Bu uşağın yaşaması üçün 100 min manat lazımdır

Quba rayon sakini 7 yaşlı Xəyal Məhərrəmovun kəskin leykozdan əziyyət çəkir. Yaxınlarının Simsar.az-a verdiyi məlumata görə, xəstəlik onda 2014-cü ildə yanvar ayının 4-də aşkarlanıb. Valideynləri deyir ki, bu müddət ərzində 3 kurs müalicə olunub. Hər müalicə kursu ailəyə 1000-1500 manata başa gəlir: "Xəyalın həyatda qalması üçün ona ilik köçürülməlidir. Müalicə xərclərini ödəməkdə çətinlik çəkən ailənin isə buna maddi imkanı çatmır. 2013-cü ildə birinci sinfə gedən Xəyal səhhətində yaranan problemlə bağlı orta məktəbə cəmi üç ay gedə bilib. İndi onun ən böyük arzusu sağalmaq və təhsilini davam etdirməkdir".
Xəyalın tam sağalması üçün təxminən 100 min manat pul lazımdır. Ailə bütün xeyirxah insanlardan yardım istəyir. Yardım etmək istəyənlər "Bank of Baku"da Məhərrəmova Xəyalə Şakir qızının adına açılan hesaba pul köçürə bilər.

Hesab sahibi: Məhərrəmova Xəyalə Şakir qızı
Hesab nömrəsi: 38010000151245İ38
İBAN AZ46JBBK00038010000151245İ38

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!