10 Aprel, 2014
Aktyor "Qoçular"ın işdən çıxarılmasında israrlıdır - ÖZƏL

Ötən gün Nəqliyyat nazirliyinin əməkdaşları tərəfindən hücuma mərzu qalan tanınmış aktyor İlqar Cahangirlinin yaddaş kartı özünə qaytarılıb. Aktyor Simsar.aza açıqlamasında bildirib ki, haqqlarını kobudcasına pozan həmin şəxslər işdən azad olunmayana qədər əl çəkməyəcək: 
“Mənə qarşı heç bir fiziki xəsarət olmayıbı sadəcə olaraq telefonumun yaddaş kartını çıxartdılar. Sonra da qaçıb getdilər biz onları tapa bilmədik. Xəsarət yetirdikləri sürücünün də sənədlərini əlindən almışdılar. Hadisənin baş verdiyi əraziyə nəzarət edən polisə müraciət etdim. Onlar məni tanıdılar, ancaq bizə dedilər ki, biz onlarla bacarmırıq. Məsləhət gördülər ki, onların öz idarələrinə müraciət edək. Biz Nəqliyyat Departamentinə getdik. Kartın yaddaşından həmin videonu silib hardasa 2 saat sonra geri qaytardılar. Mənə sual verdilər ki, dedilər sən kimsən,nə haqla çəkiliş edirsən? Mən bildirdim ki, bir vətəndaş kimi ictimai yerdə baş verən hər hansı hadisəni çəkməyə ixtiyarım çatır. Hətta bu qanunda da var. Nazirliyin əməkdaşları əsassız yerə kobudluq etdilər. Hələki departamentə müraciət etmişik. Departamentin əməkdaşı bizi əmin etdi ki, mənim də, sənədləri əlindən alınan sürücünü də yenidən nazirliyə çağıracaqlar. Həmin şəxslər barədə də ölçü götürüləcək. Bu hadisənin baş verdiyini boyunlarından atmadığını və o şəxslərin işdən azad olunacaqlarını dedi. Biz də hələ ki, gözləyirik. Əgər ölçü götürülməsə məhkəməyə müraicət edəcəyik”.

Günel

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!