5 Mart, 2011
İlham Əliyev Medvedyevlə xizək sürdü

Danışıqlar dağ-xizək kurortu olan “Krasnaya Polyana”da qeyri-rəsmi formatda davam etdirilir

Rusiyanın Soçi şəhərində Azərbaycan, Rusiya və Ermənistan prezidentləri İlham Əliyev, Dmitri Medvedev və Serj Sarkisyan arasında keçirilən üçtərəfli görüşün rəsmi hissəsi başa çatıb. 

Simsar.az -ın məlumatına görə, hazırda danışıqlar dağ-xizək kurortu olan “Krasnaya Polyana”da qeyri-rəsmi formatda davam etdirilir. 

Məlumata görə, prezidentlər “Krasnaya Polyana”dakı kafelərdən birində çay içdikdən sonra funiklyorla Psexako dağ silsiləsinə qalxıblar. Azərbaycan və Rusiya prezidentləri fürsətdən istifadə edərək birlikdə xizək sürüblər. Ermənistan prezidenti isə aeroxizək (propeller vasitəsilə hərəkət edən motorlu xizək) sürüb.

Bundan sonra tərəflər işgüzar nahar zamanı akutal məsələlərin müzkirəsini davam etdiriblər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!