5 Mart, 2011
MƏRKƏZ RƏHBƏRİNDƏ SAXTA YARDIM KARTLARI

Kürdəmir Rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin sədri Qismət Abdulrəhmanov aman istəyir

Başçıya ünvanlanan mesaj: “Üç günə məni azad etdirməsən, hər şeyi açıb deyəcəm”

Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanılaraq, ciddi korrupsiya faktlarında ittihamı edilən və hərəkətlərində cinayət tərkibli əməllər olan Kürdəmir Rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin sədri Qismət Abdulrəhmanov barədə redaksiyaya şok xəbərlər daxil olub.

Əməkdaşımızın Kürdəmirdən verdiyi məlumat:

- Kürdəmir Rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin sədri vəzifəsi başında həbs olunan Qismət Abdulrəhmanov şəkər xəstəsidi. Onun iş otağında aparılan axtarış zamanı 300-ə yaxın rayon sakininin adına saxta ünvanlı yardım kartları aşkarlanıb. Kart sahibləri arasında rəhmətə gedənlər, Moskvada bizneslə məşğul olanları var.

Kürdəmir Rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin muhasibi də axtarışdadır. Xanım mühasibdə saxta kartlar olduğu deyilir. Mərkəzin binası polis nəzarətindədi.

Şahidlər danışır ki, Q.Abdulrəhmanovu qandallı aparanda üzünü İcra Hakimiyyətinin binasına tutaraq, başçıya mesaj göndərib: “Üç günə məni azad etdirməsən, hər şeyi açıb deyəcəm”.

Qismət Abdulrəhmanovun oğlu rayon Mərkəzi Poçtunun rəhbəridir.

Hadisələrin sonrakı istiqamətini və Kürdəmirin indiki durumunu gələn həftənin çərşənbə axşamı “Gürdəmir gəmidə” başlığı altında oxuya biləcəksiz.

Simsar.az manşetində bu yazının anonsunu yayıb.

Simsar.az

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!