9 Aprel, 2014
“Fənərbaxça”nın eks futbolçusu homoseksual çıxdı

Türkiyənin “Fənərbaxça” klubunun bir vaxtlar şərəfini qorumuş Dani Quiza homoseksualların qəzəbinə uğrayıb.

Simsar.az-ın məlumatına görə, ispan futbolçunun yataq otağında komanda yoldaşı ilə çılpaq vəziyyətdə şəkil çəkdirməsi və bunu sosial şəbəkədə paylaşması geyləri əsəbiləşdirib. Homoseksual dərnəklər Quizaya “Ya kişilərdən xoşlandığını etiraf et, ya da bu cür şəkillərlə geylərə lağ etmə" çağırışı ediblər.

Hadisə Libertadores Kubokunda Quizanın formasını geydiyi “Serro Porteno”nun “Lanus” ilə oynadığı qarşılaşmadan əvvəl baş verib. Komanda yoldaşı Dieqo Qodou Quizanın otağına girərək onunla yataqda şəkil çəkdirmək istəyib. Şəkilin homoseksual çağırışı etdiyini iddia edən bəzi dərnəklər ispan futbolçuya reaksiya göstərərək “cinsi seçimini azad şəkildə et” mesajı veriblər.

Paraqvay mətbuatı isə Dieqo Qodounun homoseksual olduğunu irəli sürərək ölkədə yeni bir mübahisəli gündəm yaradıblar.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!