9 Aprel, 2014
3 min qız uşağı, 9 min qadın...

Suriya Müxalif Qüvvələri Beynəlxalq Koalisiyasının baş katibi Bədir Camus Suriyada işgəncələrə məruz qalan qadınlardan danışıb

Simsar.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Camus ötən ay ərzində 141 qadının öldürüldüyünü bildirib. 15 mart 2011-ci ildən Bəşər Əsəd qüvvələri tərəfindən törədilən qırğınlar nəticəsində 3 min 614 qız uşağının və 9 min 321 qadının öldürüldüyünü deyən baş katib onların əksəriyyətinin işgəncələrə məruz qaldığını qeyd edib. Sonda Bədir Camus beynəlxalq təşkilatları uşaq və qadınları qorumaq üçün xüsusi tədbirlər görməyə çağırıb.

Vüsal Məmmədzadə


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!