9 Aprel, 2014
Rusiya “Amerikanın səsi”ni dayandırdı

“Amerikanın səsi” radiostansiyasının Rusiya ərazisində yayımı dayandırılıb. Bu barədə “Rusiya bu gün” agentliyinin direktoru Dmitri Kiselyovun məktubunda deyilir. ABŞ-ın “Amerikanın səsi” və “Azadlıq” radiolarının da işini koordinasiya edən Yayım Məsələləri üzrə İdarəçilər Şurasına (BBG) ünvanlanan məktubda 810 AM tezlikdə yayımın aparılması barədə öncəki sazişin qüvvəsinin dayandırıldığı qeyd olunur. “Biz əməkdaşlığı davam etdirməyə hazırlaşmırıq”, - deyə Kiselyovun yazılı xəbərdarlıq müraciətində bildirilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!