9 Aprel, 2014
Britaniyada ilk dəfə müsəlman nazir seçildi

Böyük Britaniyanın mədəniyyət, KİV və idman naziri postunu sabiq bankir, müsəlman Səcid Cavid tutub.

Səcid Cavid bu postda aprelin 9-da maliyyə qalmaqalına görə istefaya getmiş Mariya Milleri əvəzləyib. Mariya Millerin dövlət büdcəsindən əsaslandırılmamış şəkildə vəsait xərclədiyi iddia olunur. O, dövlət büdcəsinə 5 min 800 funt ödəməlidir.

Bristolda pakistanlı ailədə doğulan Səcid Cavid uzun müddət bank sektorunda işləyib. O, 2010-cu ildə parlamentin deputatı seçilib.

Səcid Cavid 2013-cü ilin oktyabrından Böyük Britaniya Maliyyə Nazirliyinin maliyyə katibi postunu tuturdu

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!