9 Aprel, 2014
Nazpəri Dostəliyeva :"Əziz dostum" -FOTOLAR

Simsar.Az xəbər verir ki, Azərbaycanın xalq artisti Nazpəri Dostəliyeva məşhur "Əziz dostum " mahnısını repertuarına daxil edib. Mərhum sənətkarımız İslam Rzaveyin ifasında eşitdiyimiz bu mahnını Nazpəri xanım özünəməxsus improvizə edərək səsləndirib. Əməkdaşımıza verdiyi açıqlamasında xalq artisti bu mahnının pərəstişkarları tərəfindən sevildiyini bu sözlərlə təsdiqlədi: "Zəngin Azərbaycan musiqisi tarixində bu mahnın öz yeri var. Şadam ki, pərəstişkarlarım "Əziz dostum"u mənim ifamda xüsusi rəğbətlə qarşıladılar. İnşAllah bu mahnıya ekran həyatı verməyi də düşünürük". 

Qeyd edək ki, xanım Dostəliyeva sözügedən bəstəni həmkarı Manaf Ağayevin 50 illik yubileyində də ifa etmişdi.

Nazpəri xanımın səhnədə çıxışı zamanı çəkdiyimiz fotoları oxuculara təqdim edirik.

Şahin Cavadsoy Simsar.Az

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!