9 Aprel, 2014
Şeyx Rusiyaya gedir

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə aprelin 10-da Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasına yola düşür. QMİ-dən verilən məlumata görə, səfərdə məqsəd Şimali Qafqaz Müsəlmanlarının Koordinasiya Şurasının sədri, Qaraçay-Çərkəz müftisi İsmayıl Berdiyevin anadan olmasının 60-cı ildönümünə həsr olunmuş yubiley tədbirlərində iştirak etməkdir. Səfər çərçivəsində Qaraçay-Çərkəzin paytaxtında QMİ sədri Şeyxülislam A. Paşazadənin sədrliyi ilə Qafqaz Xalqları Ali Dini Şurasının növbəti toplantısı keçiriləcək

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!