9 Aprel, 2014
AMEA-nın daha bir direktoru vəzifəsindən azad edildi

AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Məhərrəm Babayev tutduğu vəzifədən azad edilib. Simsar.az-ın məlumatına görə, bu haqda qərar AMEA Rəyasət Heyətinin iclasında təsdiq olunub.

Qeyd edək ki, M.Babayev vəzifəsindən öz xahişi ilə azad olunub.
Digər bir qərarla institutun direktoru vəzifəsini aqrar elmlər üzrə fəlsəfə doktoru Əmirah Məmmədov icra edəcək.

Aysel Kərimova

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!