9 Aprel, 2014
Litvada prezidentliyə namizədlərin adı açıqlandı- SİYAHI

Litvanın Mərkəzi Seçki komissiyası prezidentliyə namizədlərə vəsiqələri təqdim edib. Simsar.az xarici KİV-ə istinadən xəbər verir ki, seçkilərdə 7 namizəd mübarizə aparacaq. Hazıkı prezident Dalyu Qribauskayetind də daxil olduğu namizədlər siyahısını təqdim edirik. Seçkidə Sosial-demokrat partiyasının təmsilçisi Ziqmantas Balçitis, Əmək Partiyasından Arturas Paulauskas, “Litva polyaklarının seçki aksiyası” partiyasının lideri Valdemar Tomaşevskiy, Vilnyus meri Arturas Zuokas, İqnalina meri Bronis Rope və deputat Naqlis Puteykis mübarizə aparacaqlar. 
Qeyd edək ki, Litvada prezident seçkiləri mayın 11-də baş tutacaq.

Mələk Abbaszadə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!